61 şagirdimiz final mərhələsinə vəsiqə qazandı

Şimal-qərb regionunun ümumi təhsil müəssisələrinin 61 şagirdi Respublika Fənn Olimpiadalarının final mərhələsinə vəsiqə qazanıb.

Bu barədə “Sheki.Media”ya Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov məlumat verib.

Bildirilib ki, yarımfinal mərhələsində Şəki rayonu üzrə 34, Oğuz rayonu üzrə 8, Qax rayonu üzrə 7, Balakən, Zaqatala və Qəbələ rayonlarının hər biri üzrə 4 şagird yarımfinal mərhələsində uğur qazanaraq finala vəsiqə qazanıb.

Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button