AAYDA: Şəkidə ilkin mərhələdə 8 küçə və prospektdə daxili yollar əsaslı təmir olunacaq

Azərbaycan Aytomobil Yolları Dövlət Agentliyi (AAYDA) Şəkinin daxili yollarının təmiri işləri bağlı “Sheki.Media”ya açıqlama verib.

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli saytımıza bildirib ki, hazırda 7 küçədə təmir işləri görülür.

“1-ci lay asfalt beton örtüyünün döşənməsi icra olunub. 2-ci qat asfalt-beton örtüyünün döşənməsi qalıb. Bu işlər də yaxın müddətdə başlanılacaq. Bundan başqa küçələr boyu piyada səkilərinin yenidən qurulması, yeni səki daşlarının düzülməsi tərəfimizdən aparılır”.

“Artıq Aydın Məmmədov küçəsində bu işlər yekunlaşdırılıb. Küçəyə iki laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Bundan başqa, vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə piyada səkiləri qurulub. Səkilər tamet daşları ilə düzülüb. O cümlədən səki kənarlarında səki daşları düzülüb. Küçə tam olaraq istismara verilib və vətəndaşların istifadəsindədir”.

Qeyd edək ki, Şəki şəhərinin mərkəzində Qurucana çayının istinad divarlarının təmiri də aparılırdı. Lakin bir müddət sonra işlər yarımçıq dayandırıldı. Şəki Şəhər İcra Hakimiyyətindən bildirildi ki, şəhərdə təmir-bərpa işləri ilə bağlı tender elan olunub. Tender tamamlandıqdan sonra çayın istinad divarının təmirinə yenidən start veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button