
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının İnformasiya-Kommunikasiya Texnologiyaları şöbəsinin müdiri Gülnarə Abdurahmanova vəfat edib.
“Sheki.Media”nın məlumatına görə, o, bu gün xərçəng xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, Gülnarə Abdurahmanova 1961-ci ilin 11 iyun tarixində anadan olub, həyatının böyük bir hissəsini təhsilə, elmə və gələcək nəslin formalaşmasına həsr edib. O, 30 ildən artıq müddətdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında çalışaraq, bu ali təhsil ocağının inkişafında və texnoloji imkanlarının genişləndirilməsində əvəzsiz rol oynayıb.
Allah rəhmət eləsin!