Qaxda piyadanın ölümünə səbəb olan məmur Şəkidən iftardan qayıdırmış

Xəbər verdiyimiz kimi, Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional Filialının direktoru Turan Əsədov Qaxda piyadanı vuraraq ölümünə səbəb olub.

“Sheki.Media” xəbər verir ki, hadisə ilə bağlı DSMF məlumat yayıb.

Bildirilib ki, hadisə Turan Əsədov iftardan qayıdarkən baş verib.

“Turan Əsədov xidməti avtomobili ilə Şəkidən iftardan qayıdarkən Qaxın Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan Natiq Həsənovu vuraraq qəza törədib.

Hadisədən dərhal sonra Turan Əsədov onu avtomobilinə qoyaraq Zaqatala rayon Diaqnostika mərkəzinə çatdırıb.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq, həmin şəxs vəfat edib.

Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə başsağlığı veririk. Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır və əlavə məlumat veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button