Şəkidə 14 yaşlı oğlanın intiharının TƏFƏRRÜATI – YENİLƏNİB

Şəkidə intihar edən 14 yaşlı oğlanla bağlı bəzi təfərrüatlar məlum olub.

“Sheki.Media” xəbər verir ki, hadisə barədə Oxu.Az-a danışan Şəki kənd icra nümayəndəsi Müslüm Əliyev bildirib ki, ailə özü də baş verən hadisənin şokundadır:

“Hadisə dünən axşam, iftardan sonra baş verib. Təxminən axşam saat doqquz olardı, ya bəlkə olmazdı. Orta səviyyədə dolanan, sakit ailədirlər. Uşağın atası Nahid heyvandarlıqla məşğuldur. O, cavan adamdır, 40 yaşı ancaq olar, anası evdar xanımdır. İki uşaqları var idi – bir qızı, bir oğlu”.

“Aran kəndi kiçik kənd olduğu üçün oxumağa marağı olan uşaq azdır. Tofiq özü yaxşı oxuyan uşaq olub. Ailə özü də uşağın niyə belə etməsini anlaya bilmir.

Hadisədən sonra hüquq-mühafizə orqanları gəldilər, uşağa aid olan əşyaları götürüblər. Araşdırırlar, görək, nə olacaq”, – deyə M.Əliyev bildirib.


Şəkidə intihar hadisəsi qeydə alınıb.

“Sheki.Media” xəbər verir ki, hadisə rayonun Aran kəndində baş verib.

Belə ki, kənd sakini 2011-ci il təvəlllüdlü Tofiq Məmmədovun meyiti yaşadığı ünvanda anbarda tavanın tirindən asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

İlkin araşdırma zamanı məktəblinin intihar etdiyi məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button