Şəkidə 16 yaşlı yeniyetmə həmyaşıdını bıçaqlayıb

Şəkidə 16 yaşlı yeniyetmələr arasında bıçaqlanma hadisəsi olub.

“Sheki.Media” xəbər verir ki, hadisə Şəki şəhərinin H.Sarabski prospektində yerləşən tikilinin həyətində baş verib.

Belə ki, 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına daxilə nüfuz edən xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar aparılır.

Qeyd edək ki, xəsarət almış yeniyetmə qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda reanimasiya şöbəsindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button