Şəkidə avtomobil piyadanı vuraraq öldürüb

Bu gün gecə saat 01 radələrində Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndindən keçən hissəsində İsmayıl Piriyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Cəmaləddin Abdullayevi vurub.

“Sheki.Media” xəbər verir ki, nəticədə C.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button