
Şəki şəhərinin bəzi ərazilərində səhər saatlarından elektrik enerjisinin verilişində fasilə yaranıb.
Yaranmış fasilənin səbəbini öyrənmək üçün Şəki Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq.
“Sheki.Media”nın sorğusuna cavab olaraq icra hakimiyyətinin əməkdaşı Tərlan Nəsibov bildirdi ki, yaranan fasilə 6 kilovoltluq 8-ci şəhər hava xəttində yaranmış problemlə əlaqədardır.
“Hazırda Şəki Elektrik Şəbəkəsinin əməkdaşları qəzanın araşdırlması üçün ərazidədirlər.
Qəzanın yerinin müəyyənləşdirilməsi üçün işlər aparılır.
Elektrik enerjisinin verilişi qısa müddətdə bərpa ediləcək”.