Şəkidə şahmat yarışı keçirildi

Bu gün Şəkidə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar şahmat yarışı keçirilib.

“Sheki.Media” xəbər verir ki, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqI Şəki rayon komitəsinin təşkilatçılığı ilə keçirilən yarış rayon ümumitəhsil məktəblərinin təhsil işçiləri və tələbələrdən ibarət 30 nəfər arasında keçirilib.

Yarışın sonunda 1, 2 və 3-cü yeri tutmuş iştirakçılar fəxri fərman və hədiyyələrlə təltif olunub.

Digər iştirakçılara isə xaitrə hədiyyələri təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button