Şəki Şəhər İcra Hakimiyyətinin sabiq şöbə müdiri Tural Məmmədov həbs edildi

Şəki Şəhər İcra Hakimiyyətinin sabiq şöbə müdiri Tural Məmmədov həbs edilib.

“Sheki.Media” “Qafqazinfo”ya istinadən xəbər verir ki, məmur şəhid ailələri və qazilərə qarşı dələduzluq əməli törətməkdə şübhəli bilinərək hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq həbs edilib.

Şikayətçilər bildirib ki, T.Məmmədov bir neçə nəfərə ev, maşın, torpaq sahəsinin veriləcəyini vəd edib və bunun müqabilində müxtəlif məbləğlərdə pul vəsaiti alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə başlanmış işin istintaqı davam etdirilir.

Şəhid ailələri və qazilərə dəymiş zərərin ödənilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Tural Məmmədov özü də Vətən müharibəsi qazisidir. O, 2021-ci ildən icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

Onu da qeyd edək ki, Şəki Şəhər İcra Hakimiyyətindən “Sheki.Media”ya bildirilib ki, Tural Məmmədov bir müddət əvvəl vəzifədən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button