Şəkidə 2 avtomobil toqquşub, xəsarət alanlar var.

Şəkidə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Sheki.Media” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki sakinləri Fikrət Səmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Məmmədəli Mənəfovun idarə etdiyi “Volkswagen” markalı avtomobillər toqquşub.

Nəticədə avtomobillərdə olan 6 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onlardan 3 nəfəri artıq ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Digər 3 nəfər – iki sürücü və “VAZ-2106″da olan sərnişin, Nazim Məmmədovun müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Back to top button