Şəkidə 4 otaqlı yaşayış evi yanıb – FOTO

Gecə saatlarında Şəkinin Baş Göynük kəndində yaşayış evi yanıb.

“Sheki.Media” xəbər verir ki, hadisə 1965-ci il təvəllüdlü Məmmədova Kamilə Muxtar qızına məxsus fərdi yaşayış evində baş verib.

Hadisə yerinə FHN-in Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəinin qüvvələri cəlb edilib.

Yanğın nəticəsində ümumi sahəsi 360 kvadratmetr olan iki mərtəbəli, 4 otaqdan ibarət evin yanar konstruksiyaları yanıb.

Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub.

Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Back to top button