
ADSEA-nın Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi abonentlərə müraciət edərək içməli su xidmətlərindən istifadəyə görə yaranmış borcların qısa müddətdə tam ödənilməsini tələb edib.
Qurumdan “Sheki.Media”ya bildirilib ki, son aylarda havaların isti keçməsi içməli suya tələbatı artırıb, bu isə borcların yaranmasına səbəb olub:
“İstifadə etdiyiniz içməli və çirkab su xidmətlərindən istifadəyə görə yaranan borcunuzu qısa müddətdə təcili olaraq tam ödəməyinizi xahiş edirik.
Əks təqdirdə ödəniş etməyən abonentlərin su təchizatı heç bir xəbərdarlıq edilmədən dayandırılacaq.
Borcunuzu tam ödədikdən sonra su xəttiniz öz şəxsi vəsaitiniz hesabına bərpa olunacaq.
Odur ki, borcunuzu vaxtında ödəməyi unutmayın”, – deyə bildirilib.