
Şəki gəncləri növbəti dəfə öz uğurları ilə seçilir.
“Sheki.Media” xəbər verir ki, Şəki Kimya-Biologiya Təmayüllü Liseyin 10-cu sinif şagirdi Hüseyn Sadiq oğlu Mustafazadə və Şəki şəhər 20 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Ayan Salamova öz təşəbbüskarlıqları və liderlik keyfiyyətləri ilə seçilərək Şəki İpək Yolu Gəncləri Platforması Mərkəzi Apartın rəhbəri (Ayan Salamova), Sədrin 1-ci müavini (Hüseyn Mustafazadə) vəzifələrinə təyin olunublar.
Bu təyinatlar Şəki gənclərinin ictimai həyatda fəal iştirakının, onların bilik və bacarıqlarının bariz nümunəsidir.
Onların hər birini təbrik edirik!

