
Şəkidə bir gündə 2 yol qəzası baş verib, sürücülər xəsarət alıb.
“SHEKİ.MEDİA” xəbər verir ki, səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki yolunun Şəkinin Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində “Mercedes” idarəetmədən çıxaraq çökəyə düşüb.
Nəticədə avtomobilin sürücüsü, 26 yaşlı Elmar Musazadə xəsarət alıb.
O, Şəki RMX-yə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, şəxsə başın açıq yarası diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti orta ağır qiymətlədirilən pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Daha bir hadisə isə Şəki şəhərinin Sabit Rəhman küçəsində baş verib.
Belə ki, “Nissan” və “VAZ 21015” markalı iki minik avtomobili toqquşub.
Nəticədə “Nissan”ın sürücüsü – 71 yaşlı Asif Paşayev xəsarət alıb.
O, Şəki RMX-yə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, pasiyentə başın çoxsaylı açıq yaraları, sol ayağın yerdəyişən sınığı diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir.
Faktlarla bağlı araşdırma aparılır.



