
Bu gün axşam saatlarında Şəkinin Cəyirli kəndində kənd sakini, 62 yaşlı Nəsirov Bahadur Məhyəddin oğluna məxsus tövlədə yanğın baş verib.
“SHEKİ.MEDİA” xəbər verir ki, hadisə yerinə FHN-in Şəki və Yevlax yanğından mühafizə hissəsinin qüvvələri cəlb olunub.
Yanğın nəticəsində ümumi sahəsi 150 kvadratmetr olan tövlənin çardağının yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.
Həmçinin tövlənin çardağına yığılmış 8 ton ot bağlamasının da 4 tonu yanıb.
Yanğından tövlənin və ot bağlamasının qalan hissəsi mühafizə olunub, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.



