
Bu il Şəki şəhərinin yeni yaşayış massivinin, Oğuz rayonunun Mollalı kəndinin, Zaqatala şəhərinin yeni yaşayış massivinin qazlaşdırılması işlərinə başlanılıb.
Bu barədə “Sheki.Media”ya “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev məlumat verib.
Bildirilib ki, həmçinin bu ay Şəkinin Şin kəndinin qazlaşdırılması işlərinə başlanılması üçün hazırlıq işləri aparılır.
Növbəti ildə digər kəndlərin qazlaşması məsələsinə maliyyə imkanlarından asılı olaraq baxılacaq.
O da qeyd edildi ki, hazırda qazlaşma səviyyəsi Balakəndə 100%, Şəkidə 92,5%, Zaqatalada 78%, Qaxda 74,4%, Qəbələdə 83,4%, Oğuzda 89,1% təşkil edir.