
Çinli texnologiya şirkəti “Xiaomi” “MWC 2025” tədbiri çərçivəsində modul kamera sistemi ilə təchiz edilmiş yeni bir ağıllı telefon konseptini təqdim edib.
“Sheki.Media” xəbər verir ki, şirkətin xüsusi olaraq hazırlanan “Xiaomi 15” modeli maqnitlə taxılıb-çıxarıla bilən 35 mm obyektivlə təchiz edilib.
Şirkətin inkişaf etdirdiyi “LaserLink” texnologiyası sayəsində obyektiv telefona qoşulduqda görüntü məlumatları dərhal ötürüləcək və lens ilə telefon arasında gecikmə olmadan çəkiliş etmək mümkün olacaq.
Yeni modul kamera sistemi 100 MP dəyərində “Micro Four Thirds” (M4/3) sensor ilə təchiz edilib.
Standart telefon kameralarından daha böyük olan bu sensor daha yaxşı çəkiliş etməyə imkan verir.Lensin üzərində əl ilə fokuslama halqası və avtomatik fokuslama mühərriki kimi xüsusiyyətlər də mövcuddur.
“Apple”in “MagSafe” aksesuarlarına bənzər şəkildə maqnitlə qoşulan obyektiv “Xiaomi”nin kamera tətbiqi vasitəsilə idarə olunur.
