Şəkidə köhnə avtobuslar bu tarixdən yenilənir

Şəkidə bu il müasir tipli yeni dayanacaqlar quraşdırılacaq, şəhərdaxili avtobuslar gələn ildən yenilənəcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Şəki regional idarəsinin müdiri Asif Əsədullayev “Sheki.Media”nın sorğusuna cavab olaraq bildirib ki, ictimai nəqliyyatın yenilənməsi ölkə üzrə mərhələli şəkildə həyata keçirilir:

“Artıq Şəki-Zaqatala zonasında bir neçə rayonlararası marşrut üzrə fəaliyyət göstərən avtobuslar yenilənib.

İşlər mərhələli şəkildə davam etdirilir və növbəti mərhələdə şəhərdaxili marşrutlarda istifadə edilən avtobusların yenilənməsi planlaşdırılır. Şəkidə bu prosesin mart-aprel aylarında həyata keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə, sentyabr ayının sonunadək şəhərin bir sıra ərazilərində müasir tipli avtobus dayanacaqlarının quraşdırılması planlaşdırılır”, – deyə o qeyd edib.

Back to top button