Şəkidə azyşalıya küçədə it hücum edib

Şəki şəhərində azyaşlı küçə itinin hücumuna məruz qalaraq xəsarət alıb.

“SHEKİ.MEDİA” xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Sabit Rəhman küçəsində baş verib.

Belə ki, Bakı şəhər sakini olan 4 yaşlı S.B.-ni küçə iti dişləyib.

Azyaşlı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ budun yuxarı üçdəbir hissəsinin deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Google-da SHEKİ.MEDİA-ya abunə ol
Abunə ol
Back to top button