“WhatsApp”da mətn mesajları üçün “Bir dəfə görüntülə” funksiyası test edilir

“WhatsApp” “Android” istifadəçiləri üçün mətn mesajlarını yalnız bir dəfə oxumağa imkan verən yeni funksiyanı sınaqdan keçirir.

“SHEKİ.MEDİA” “shiftdelete.net”ə istinadən xəbər verir ki, yeni funksiya vasitəsilə göndərilən mesaj alıcı tərəfindən yalnız bir dəfə açıla biləcək. Mesaj oxunduqdan və ekran bağlandıqdan sonra onun məzmunu söhbətdən silinəcək.

Funksiyadan istifadə etmək üçün mesajı yazdıqdan sonra göndər düyməsini basıb saxlamaq və açılan menyudan “Bir dəfə görüntülə” seçimini seçmək lazımdır.

Bu rejimdə mesajın ekran görüntüsünü və ya ekran qeydini aparmaq, mətni kopyalamaq və başqa söhbətə yönləndirmək mümkün olmayacaq.

Funksiya hazırda “WhatsApp Beta for Android 2.26.45.6” versiyasından etibarən bəzi beta istifadəçiləri üçün əlçatandır. Yeniliyin digər istifadəçilərə mərhələli şəkildə təqdim edilməsi gözlənilir. Kütləvi istifadəyə veriləcəyi tarix isə hələ açıqlanmayıb.

Google-da SHEKİ.MEDİA-ya abunə ol
Abunə ol
Back to top button