
Şəkidə 2016-cı ildən fəaliyyət göstərən “Alyans Clinic” çoxprofilli tibb mərkəzi kimi şəhər və ətraf rayonların sakinlərinə müxtəlif tibbi xidmətlər təqdim edir.
Klinikada terapiya, kardiologiya, nevrologiya, pediatriya, ginekologiya, endokrinologiya, qastroenterologiya, travmatologiya və digər istiqamətlər üzrə həkim qəbulları təşkil olunur.
Tibb mərkəzində MRT, USM, Doppler, rəqəmsal rentgen, EEQ, EMQ, EKQ, Holter monitorinqi, endoskopiya, kolonoskopiya və laborator müayinələr də həyata keçirilir.
“Alyans Clinic”in diqqətçəkən xidmətlərindən biri də diaqnostik müayinələrin bir ünvanda aparılmasıdır. Klinikanın məlumatına görə, növbətçi həkim, MRT, USM və rentgen xidmətləri 24 saat fəaliyyət göstərir.
Bundan əlavə, Bakıdan və Türkiyədən dəvət olunan müxtəlif ixtisaslı mütəxəssislər müəyyən günlərdə klinikada qəbul aparırlar. Hərəkət imkanları məhdud olan şəxslər üçün isə evdə USM, qan götürülməsi, EKQ və EXO xidmətləri nəzərdə tutulub.
Klinika Şəki şəhəri, M.F. Axundov küçəsi 351A ünvanında yerləşir.
Həkim qəbulu bazar ertəsindən şənbə gününədək saat 08:30-dan 22:00-dək təşkil olunur.
Ətraflı məlumat və qeydiyyat üçün: alyansclinic.az



