Şəkinin Qoxmuq kəndində eyni gündə iki yanğın hadisəsi baş verib

Şəkinin Qoxmuq kəndində bu gün iki yanğın hadisəsi baş verib.

“Sheki.Media” xəbər verir ki, bu gün saat 11 radələrində Qoxmuq kənd sakini Sabir İdrisova məxsus həyətyanı sahədə yanğın olub.

Nəticədə 150 kq ot bağlamasından 100 kq-ı yanıb.

Alov daha sonra yaxınlıqdakı Habil Abdullayevə məxsus, ümumi sahəsi 120 kv/m olan 5 otaqlı fərdi yaşayış evinin çardağına keçib.

Evin 60 kv/m-lik çardaq hissəsinin yanar konstruksiyaları qismən yanıb, digər hissəsi isə yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.

Saat 13 radələrində isə kənd sakini Cümşüd Musayevin həyətyanı sahəsində 60 kv/m ərazidə kol-kos və quru ot yanıb.

Hər iki yanğın FHN-in Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri tərəfindən söndürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Back to top button