Şəkidə “VAZ-2107” aşıb, sürücü xəsarət alıb

Bu gün axşam saatlarında Şəkinin Çələbixan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Sheki.Media” xəbər verir ki, 33 yaşlı İsa İsmayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Google-da SHEKİ.MEDİA-ya abunə ol
Abunə ol
Back to top button