Şəki sakininin idarə etdiyi yük avtomobili Kəlbəcərdə aşıb, sürücü ölüb

Kəlbəcərdə tikinti şirkətinə məxsus avtomobil aşıb.

“Sheki.Media” xəbər verir ki, hadisə rayonun Qılıncı kəndində baş verib.

Rayon ərazisində tikinti-quruculuq işləri aparan şirkətə məxsus “Howo” markalı yük avtomobili idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşıb.

Nəticədə sürücü – Şəki rayon sakini 1967-ci il təvəllüdlü Söhrab Süleymanov ölüb.

Onun meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Back to top button