Şəkidə minik avtomobili işıq dirəyinə çırpıldı

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

“SHEKİ.MEDİA” xəbər verir ki, hadisə Şəki şəhəri ərazisində baş verib.

Belə ki, “Chevrolet Cruze” markalı minik avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.

Nəticədə işıq dirəyinə və avtomobilə ciddi ziyan dəyib.

İlkin məlumata görə, xəsarət alan olmayıb.

Back to top button