
Şəki şəhər Heydər Əliyev Mərkəzində kitabxana əməkdaşları üçün təlim keçirilib.
Bu barədə “Sheki.Media”ya Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Azərbaycan Milli Kitabxanasının tərəfdaşlığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən təlimin məqsədi Şəki şəhəri və ətraf rayonlarda yerləşən kitabxanaların əməkdaşlarının peşəkar inkişafına töhfə vermək, onların müasir kitabxana idarəçiliyi, rəqəmsal resurslardan istifadə və oxuculara xidmət sahəsində yeni metodoloji yanaşmalarla tanış olmalarını təmin etməkdən ibarətdir.





