Şəkidə Qurcana çayında yeni sahilbərkitmə işləri görüləcək

Şəki şəhərinin mərkəzindən axan Qurcana çayının qəzalı vəziyyətdə olan sahil divarlarının və su tənzimləyici bəndlərinin bərpa olunması (təmir edilməsi), çayın yatağının təmizlənməsi, yeni sahilbərkitmə işlərinin görülməsi nəzərdə tutulur.

“Sheki.Media” xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyəti bununla bağlı hazırlıq işlərinə başlayıb, tender elan olunub.

Bu işlərə təxminən 1 milyon manat xərclənməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button