
“Təhsil Millətin Gələcəyidir – Şəki 2025” intellektual oyunu üzrə qeydiyyata start verildi.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı, Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatının, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının dəstəyi, ASAN Könüllüləri təşkilatının tərəfdaşlığı və “Sheki Media”nın informasiya dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual yarışına qeydiyyata start verilib.
İştirak üçün Şəki şəhərində yerləşən ali təhsil, orta ixtisas və ümumi təhsil müəssisələrində çalışan, yaşı 35-dək olan müəllimlər 1 may 2025-ci il tarixinədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, yarışın əsas məqsədi gənc müəllimlərin intellektual inkişafını təşviq etmək, onların bilik və dünyagörüşünü zənginləşdirmək, komanda işini və sağlam rəqabəti gücləndirməkdən ibarətdir.
Əlavə edək ki, yarış mayın 3-ü saat 10:00-da Şəki şəhərində “Ağ Qaya” restoranında keçiriləcək.
Qeydiyyat linki: https://ref.az/3Ceq99A
Əlaqə: Kamran İsayev – 077 375 27 77
