
Şəkidə 4 gün əvvəl qəzada ağır yaralanan 9 yaşlı Kənan xəstəxanada vəfat edib.
“Sheki.Media” xəbər verir ki, Şəkidə aprelin 22-də gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzada yaralanan 9 yaşlı Kənan Şiralızadə göstərilən tibbi yardımlara baxmayaraq xəstəxanada vəfat edib.
Xatırladaq ki, qəza zamanı 44 yaşlı Şəki şəhər sakini Təvəkkül İslam oğlu Şirəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.
Nəticədə sürücü T.Şiraliyev vəfat edib.
Sürücünün oğlu 9 yaşlı Kənan Şiralızadə və azyaşlının xalası oğlu 15 yaşlı Fəqan Qocayev isə xəsarət almışdı.