Şəkidə 5 otaqlı evdə yanğın olub

Şəkidə 5 otaqlı evdə yanğın olub.

“Sheki.Media” xəbər verir ki, bu gün günorta saatlarında Şəki şəhəri Bəxtiyar Abbasov küçəsində Sərxan Salahova məxsus, ümumi sahəsi 160 kv/m olan ikimərtəbəli, 5 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları tam yanıb, evin ikinci mərtəbəsindəki mətbəxin 40 kv/m-lik sahəsi, birinci mərtəbədəki mətbəx 7 kv/m sahədə və evə bitişik tikilən yardımçı tikilinin dam örtüyü yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından müahfizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button