Zaqatalada 27 baş qoyun oğurlayan şəxs saxlanıldı

Zaqatalada 27 baş qoyun oğurlayan şəxs saxlanılıb.

“Sheki.Media” xəbər verir ki, Zaqatalanın Yuxarı Tala kəndində yerləşən təsərrüfatlardan birində xırdabuynuzlu heyvan oğurluğu baş verib.

Fermerin müraciəti əsasında aparılan araşdırma nəticəsində 27 baş qoyunu oğurlamaqda şübhəli bilinən 30 yaşlı Murad Kələşov Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Kələşov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma davam etdirilir.

Back to top button