
Şimal-qərb bölgəsinin məktəbləri ölkə üzrə ən yüksək nəticə göstərənlər sırasındadır.
“Sheki.Media” Şəki-Zaqatala Regional Təhsil İdarəsinə istinadən xəbər verir ki, 2024–2025-ci tədris ili üzrə keçirilmiş buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra ümumi təhsil müəssisələri müxtəlif fənlər üzrə yüksək nəticələr əldə edərək, ölkənin ən yaxşı məktəbləri sırasında yer alıblar.
Belə ki, Şəki şəhəri Fizika-riyaziyyat və humanitar təmayüllü lisey ədəbiyyat, riyaziyyat və fizika fənləri üzrə, Şəkinin Oxud kənd tam orta məktəbi informatika fənni üzrə, Qax şəhər E.Babayev adına 4 nömrəli tam orta məktəb isə fizika və informatika fənləri üzrə yüksək nəticə göstərib.
Zaqatala şəhər Z.Əliyeva adına Texniki fənlər liseyi kimya və tarix, Qəbələnin Vəndam qəsəbə 1 nömrəli tam orta məktəb kimya və informatika, Qəbələ şəhər Ə.Abdurahmanov adına 3 nömrəli tam orta məktəb isə tarix (rus bölməsi üzrə) fənləri üzrə ön sıralarda qərarlaşıb.
Həmçinin Qəbələnin Soltan Nuxa kənd tam orta məktəbi coğrafiya fənni üzrə yüksək nəticə əldə edib.