
1 iyul 2025-ci il tarixinə olan məlumata görə, Şəki rayonunun əhalisi 184 791 nəfər təşkil edir.
Bu barədə “Sheki.Media”nın sorğusuna cavab olaraq Şəki Şəhər Statistika İdarəsindən bildirilib.
Qeyd edilib ki, onlardan 67 634 nəfəri (Turan və Çələbixan qəsəbələri də daxil olmaqla) şəhər, 117 157 nəfəri isə kənd əhalisidir.
İlin əvvəlindən bəri rayonda 665 körpə dünyaya gəlib, 670 nəfər vəfat edib.
Həmçinin 352 nikah bağlanıb, 170 boşanma qeydə alınıb.