
Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinə şagird qəbulu bərpa edilib.
Məlumatı “Sheki.Media”ya Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən təsdiqləyiblər.
Bildirilib ki, artıq şagirdlərin nəticələri sistemdə görünür.
Qeyd edək ki, 3 nömrəli Uşaq Musiqi Məktəbinə imtahan verən şagirdlərin nəticələri sıfırlanmışdı. Bu da valideyn və müəllimlərin narazılığına səbəb olmuşdu.