Şəkidə yol qəzası baş verib, ölən var

Avqustun 17-də saat 01 radələrində Şəki-Qax avtomobil yolunun 24-cü kilometrliyində “VAZ-21723” markalı minik avtomobili ilə evakuator toqquşub.

“Sheki.Media” xəbər verir ki, hadisə nəticəsində “VAZ”ın sürücüsü, Şəki sakini – 1981-ci il təvəllüdlü Natiq Cəlalov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.

Back to top button