
Hazırda Şəki şəhərində İcra Hakimiyyətinin sifarişi ilə dövlət büdcəsi hesabına Qurucana çayında istinad divarlarının bərpası və çay məcrasının təmizlənməsi işləri həyata keçirilir.
Bu barədə “Sheki.Media”nın sorğusuna cavab olaraq Şəki Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, paralel olaraq İstiqlaliyyət prospektində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə suötürücü arxların bərpası və piyada səkilərinin tikintisi işləri görülür.
İşlərin yekunlaşmasından sonra əraziyə yeni asfalt örtüyü salınacaq.
Bildirildi ki, Şəki Şəhər İcra Hakimiyyəti həmçinin yerli büdcə hesabına şəhərin bir sıra küçə və prospektlərində asfaltlama işləri aparır. Bu prosesin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.
O da bildirildi ki, yaxın vaxtlarda mənzil fondunun təmiri ilə bağlı da tender elan olunacaq.