Şəki “ASAN Xidmət”də 4 yaşlı uşaq yıxılaraq öldü

Bu gün səhər saatlarında Şəki “ASAN Xidmət” mərkəzinin ikinci mərtəbəsindən 4 yaşlı Həbibova Mələk Nicat qızı yıxılıb.

“Sheki.Media” xəbər verir ki, azyaşlı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Back to top button