
Xəbər verdiyimiz kimi, Şəki şəhərinin bir sıra ərazilərində mövcud avtobus dayanacaqlarının müasir tipli dayanacaqlarla əvəz olunması nəzərdə tutulub.
“Sheki.Media”nın məlumatına görə, artıq söküntü işlərinə başlanılıb və ümumilikdə şəhər ərazisində 7 yeni dayanacağın quraşdırılması nəzərdə tutulur.
Onlardan 2-si Şəki “ASAN Xidmət” Kompleksinin, 1-i Miqrasiya İdarəsinin, 2-si Şəki Məhkəmə Kompleksinin, 1-i Mərkəzi Poçtun, digəri isə Cümə məscidinin yaxınlığında yerləşəcək.
Dayanacaqların quraşdırılması işlərinin yaxın günlərdə başa çatdırılması planlaşdırılır.