“Sheki City” həm loqo, həm də adını yeniləyir: Yeni ad – “Şəki PFK”

“Sheki City” futbol klubunun İdarə Heyətinin qərarına əsasən, klubun loqosu yenilənib.

“Sheki.Media” xəbər verir ki, bu addım, klubun inkişaf strategiyasının və peşəkarlıq yolunda atdığı mühüm addımların bir hissəsi olaraq həyata keçirilib.

Eyni zamanda, klubun adının dəyişdirilməsi də nəzərdə tutulub.

Yeni ad artıq müəyyənləşdirilib – “Şəki PFK” (Şəki Peşəkar Futbol Klubu).

Dəyişiklik yaxın vaxtlarda rəsmi təsdiqlənərək ictimaiyyətə təqdim ediləcək.Bu dəyişikliklər klubun həm tariximizə, həm də gələcək hədəflərinə daha uyğun bir kimlik formalaşdırmasına xidmət edir.

İnanırıq ki, bu addım klubun daha geniş arenada tanınmasına, azarkeşlərlə bağın güclənməsinə və yeni uğurların əldə edilməsinə zəmin yaradacaq.

Back to top button