Şəki şəhər 6 nömrəli məktəb yeni binada fəaliyyət göstərəcək

Tezliklə Şəki şəhər 6 nömrəli tam orta məktəb fəaliyyətini yeni ünvanda davam etdirəcək.

“Sheki.Media” xəbər verir ki, 19 nömrəli tam orta məktəbin fəaliyyət göstərmiş olduğu binada təmirdən sonra 6 nömrəli tam orta məktəb fəaliyyətə başlayacaq.

Hazırda təmir işlərinin son tamamlanma mərhələsində olduğu bildirilir.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, ölkənin müxtəlif bölgələrində olduğu kimi, Şəki şəhər 6 nömrəli tam orta məktəb də pilot layihə olaraq yalnız tam orta təhsil səviyyəsində fəaliyyət göstərir. Burada şagirdlərin qəbulu yalnız X və XI siniflər üzrə aparılır. Hazırda məktəbdə 10 X sinif, 8 isə XI sinif fəaliyyət göstərir.

Back to top button