Şəki teatrında “Varlı qadın” tamaşasına ictimai baxış olub

Şəki Dövlət Dram Teatrında Əməkdar incəsənət xadimi, yazıçı, dramaturq Əli Əmirlinin “Varlı qadın“ əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşaya ictimai baxış olub.

Bu barədə “SHEKİ.MEDİA”ya teatrın ədəbi dram hissə rəhbəri Lalə Məmmədova məlumat verib.

Tamaşanın quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.

Səhnə əsərində rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Lalə Məmməd, Xəyal Salahov, Rəşid Mirizadə, Pərviz İsmayılov, Rəsul Məmmədrəhimov, Nazilə İmamhüseynova, Arzu Mustafayeva, Sənubər İsrafilova, Elvin Mabudov, Arzuman Abdullazadə, Nuranə Mirzəliyeva, Nərmin Nəbiyeva, Gülxar İmamhüseynova, Cavidan Eminov və Yaqub Lətifzadə ifa ediblər.

Maddiyyatın mənəviyyatı üstələməsindən, insanın öz nəfsinə sahib çıxa bilməyib ailə dəyərlərini heçə saymasından bəhs edən tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb.

Back to top button