Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirdi

Şəkidə canavar kəndə hücum edərək 5 nəfərə xəsarət yetirib.

“SHEKİ.MEDİA” xəbər verir ki, hadisə dekabrın 20-si saat 23 radələrində Bideyiz kəndində baş verib.

Belə ki, canavar kənd sakinləri – 5 yaşlı Zaur Qurbanov, 27 yaşlı Fariz Lətifov, 27 yaşlı Nazilə Qurbanova, 49 yaşlı Sevinc Qurbanova və 52 yaşlı Gündüz Lətifovu yaralayıb.

Onlar müxtəlif dərəcəli xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Back to top button