
Şəkidə 74 yaşlı qadın 30 metr dərinliyində dərəyə yıxılıb.
“SHEKİ.MEDİA” xəbər verir ki, hadisə axşam saatlarında Şəki şəhərinin Arxüstü küçəsində baş verib.
Belə ki, 1952-ci il təvəllüdlü Əzəmmədova Mehriban Məcid qızı dərinliyi 30 metr olan dərədən çayın kənarına yıxılıb.
Köməksiz vəziyyətdə qalan qadın FHN-in yanğınsöndürən-xilasediciləri tərəfindən qəza-xilasetmə alət və avadanlıqlarından istifadə olunmaqla dərədən çıxarılıb.
Müxtəlif bədən xəsarətləri alan zərərçəkən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.



