
Şəkidə yüksək gərginlikli elektrik cəryanının vurduğu kişi yanaraq ölüb.
“SHEKİ.MEDİA” xəbər verir ki, hadisə Şəki şəhəri Salman Mümtaz küçəsində baş verib.
Şəkinin Çeşməli kənd sakini, 1968-ci il təvəllüdlü Vüqar Mustafayev ərazidə olan elektrik transformatoruna müdaxilə edib. Bu zaman yüksək gərginlikli elektrik cəryanı onu vurub və o, yanaraq ölüb.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.



