
Balakəndə qardaş qardaşını bıçaqlayıb.
“SHEKİ.MEDİA”nın məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Mahamalar kəndində baş verib.
Belə ki, 1960-cı il təvəllüdlü Sədrəddin Malahov və qardaşı 1957-ci il təvəllüdlü Məhəmməd Malahov arasında mübahisə baş verib.
Mübahisə zamanı M. Malahov özündən 3 yaş kiçik qardaşı S. Malahova bıçaqla sinəsindən xəsarət yetirib.
Hadisəni törətməkdə şübhəli sayılan M. Malahov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Google-da SHEKİ.MEDİA-ya
abunə ol



