
Qaxda minik avtomobili aşıb, xəsarət alan var.
“SHEKİ.MEDİA” xəbər verir ki, hadisə noyabrın 4-ü axşam saat 23 radələrində Qax-Qorağan avtomobil yolunda baş verib.
Belə ki, Qax rayon sakini – Paşa Yəhyayevin idarə etdiyi “BMW” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı Paşa Yəhyayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Google-da SHEKİ.MEDİA-nı üstünlük verilən mənbə edin
Google-da SHEKİ.MEDİA-ya
abunə ol



