Şəkidə 4 nəfəri çaqqal dişləyib

Şəki şəhərində 4 nəfəri çaqqal dişləyib.

“SHEKİ.MEDİA” xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin mərkəzində, M.Ə.Rəsulzadə prospektində baş verib.

Belə ki, 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib.

Xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan bildirilib ki, pasiyentlərə bədənin müxtəlif nahiyələrinin açıq yarası diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə yazılıb.

Back to top button