Şəkidə transformatora müdaxilə faciə ilə nəticələndi

Şəkidə yüksək gərginlikli elektrik cəryanının vurduğu kişi yanaraq ölüb.

“SHEKİ.MEDİA” xəbər verir ki, hadisə Şəki şəhəri Salman Mümtaz küçəsində baş verib.

Şəkinin Çeşməli kənd sakini, 1968-ci il təvəllüdlü Vüqar Mustafayev ərazidə olan elektrik transformatoruna müdaxilə edib. Bu zaman yüksək gərginlikli elektrik cəryanı onu vurub və o, yanaraq ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Back to top button