Xalq şairi Vahid Əziz Şəkidə oxucuları ilə görüşüb

Xalq şairi Vahid Əzizin Şəki şəhərində oxucuları ilə görüşü keçirilib.

“SHEKİ.MEDİA” xəbər verir ki, “Yaşamağa tələsməyin” adlı tədbir Şəki Mərkəzi Kitabxanası və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Şəki Heydər Əliyev Mərkəzində keçirilən görüşdə mədəniyyət işçiləri, ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir musiqi ifaları, maraqlı söhbətlər və şairin şeirlərinin səsləndirilməsi ilə davam edib.

Sonda Vahid Əziz iştirakçıların suallarını cavablandırıb.

VİDEO ÜÇÜN TOXUN

Google-da SHEKİ.MEDİA-ya abunə ol
Abunə ol
Back to top button